İngiltərədə beyin dalğalarını birbaşa dəyişdirmək potensialına malik texnologiyanın klinik təcrübəsinə başlanılır.
AvroMedia.az xəbər verir ki, bu barədə "Quardian" nəşri yazıb.
Kəllə sümüyünün altına, ancaq beynin xaricinə yerləşdiriləcək bu implant neyron aktivliklərini xəritələşdirərək, müəyyən bölgələrə USM şüası ilə xəbərdarlıq edəcək və ruh halını, motivasiyanı dəyişdirmə potensialını araşdıracaq.
Beyin-kompüter interfeysi sistemi təqribən 30 xəstədə sınaqdan keçiriləcək.
“Forest 1” adlanan bu cihazın klinik təcrübələri mart ayından start götürəcək və 3.5 il davam edəcək.
Uğurlu olarsa, depressiya kimi psixoloji narahatlıqların müalicəsində istifadə olunacaq. Cihazın depressiya, aludəçilik, epilepsiya kimi narahatlıqların müalicəsində inqilabi nəticələri olacağı bildirilir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi