Almaniyada ictimai obyektlərdə xaş qadağan edilib.
AvroMedia.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazıb.
Mənbə qeyd edir ki, qadağanın əsas səbəbi “Scrapie” adlı yoluxucu sinir sistemi xəstəliyidir.
Ölkəyə xaricdən qoyun kəlləsini və ayaqlarını gətirən türkiyəli şəxslərin isə cərimələndiyi bildirilir.
Qoyun kəlləsindən yeməklərin hazırlanması Finlandiya, İsveçrə, İsveç və Portuqaliya kimi Avropa ölkələrində də qadağan edilib.
Ancaq bu ölkələrdə qadağanın şamil oldunduğu yeməklər siyahısında xaşın adı yox idi.
Qeyd edək ki, “Scrapie” insanlarda rast gəlinməsə də, qoyun və keçilərin sinir sisteminə mənfi təsir göstərən xəstəlikdir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi