Görəsən, onların bir - birindən xəbərləri var idi? Maraqlıdır...
Tarix: 20-12-2024, 21:04
Baxılıb: 4 059
Google+ Paylaş
Tumblr Paylaş

Görəsən, onların bir - birindən xəbərləri var idi? Maraqlıdır...

20-12-2024, 21:04

Fotoşəkillərini gördüyünüz hər iki ziyalının adı Müzəffər, təxəllüsü isə Nəsirlidir. Hər ikisi ötən əsrin əvvəllərində doğulub, eyni dövrdə yaşayıb və şair, yazıçı, jurnalist kimi fəaliyyət göstərib. Hər ikisinin yaşadıqları regionun ilk mətbu orqanlarında yazıları işıq üzü görüb. Belə ki, biri "Şərq qapısı" qəzetində yazıb, şeirlərini dərc etdirib, digəri isə Talışların ilk mətbuat orqanı olan, ötən əsrin 30-cu illərində nəşrə başlayan "Sıə Tolış" qəzetində müntəzəm çıxışlar edib. Taleyin işinə bax ki, fotoşəkildəki hər iki ziyalı eyni dövrdə təzyiqlərə, repressiyaya məruz qalıb...
   Fotodakı ziyalılardan soldakı Naxçıvan ədəbi mühitinin görkəmli şairi, jurnalisti Müzəffər Nəsirli, sağdakı isə Lənkəran ədəbi mühitinin şairi, jurnalisti və tədqiqatçısı Müzəffər Nəsirlidir. Görəsən, onların bir - birindən xəbərləri var idi? Maraqlıdır...
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ