2025-ci ildə Günəş fırtınaları olacaq, internet çökəcək
Tarix: 29-11-2024, 08:06
Baxılıb: 3 033
Google+ Paylaş
Tumblr Paylaş

2025-ci ildə Günəş fırtınaları olacaq, internet çökəcək

29-11-2024, 08:06

2025-ci ildə Günəş fəallığının dövri artması nəticəsində güclü Günəş fırtınalarının baş verəcəyi və bu fırtınaların qlobal internet şəbəkələrinə ciddi təsir göstərə biləcəyi barədə proqnozlar verilir.
AvroMedia.az Musavat.com-a istinadən xəbər verir ki, xüsusilə, alimlər belə bir hadisənin koronal kütlə atışlarından (CME) qaynaqlana biləcəyini və bunun geomaqnit fırtınalarına səbəb ola biləcəyini bildirirlər.
Stanford Universiteti alimlərinin araşdırmasına görə, okeanaltı fiber-optik kabellərin təkrarlayıcı cihazları bu cür hadisələrdən zərər görə, bu isə qlobal internet infrastrukturunun çöküşünə səbəb ola bilər. Onların fikrincə, bu cür hadisələr zamanı əsas məlumat yönləndirmə protokolları və DNS sistemləri də zədələnə bilər ki, bu da uzunmüddətli fasilələrə səbəb olar.

Alimlər qeyd edib ki, bu cür geomaqnit fırtınalarının təsir ehtimalı hər on ildə 1,6%-dən 12%-ə qədər dəyişir və belə bir hadisənin nəticələri "internet apokalipsisi" adlandırıla bilər.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ