Əməkdar artist Naina İbrahimova Azərbaycanı Misirdə keçiriləcək "Beauty queen of the universe" beynəlxalq gözəllik yarışında təmsil edəcək.
AvroMedia.az xəbər verir ki, yarışma ötən gün start götürüb. Aktrisa bununla bağlı Misirə yollanıb. 150 ölkədən olan xanımın qatıldığı yarışmada münsif kürsüsündə də fərqli peşə sahibləri oturub.
Bir çox ölkədən ola simaların yer aldığı münsiflər arasında Azərbaycandan modelyer Leyla Əhmədova var.
51 yaşlı N.İbrahimova ötən gün açılış mərasimində podiuma çıxıb. Təmsilçilər 10 gün paytaxt Qahirədə qalacaq, müxtəlif tədbirlərə qatılacaq və şəhəri gəzəcəklər.
Yarışmanın finalı dekabrın 6-da olacaq.
Müsabiqədə ABŞ, İspaniya, Estoniya, Özbəkistan, Meksika, Mərakeş, Fransa, Almaniya, Livan və digər ölkələrdən olan gözəllər yarışır.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb