"ASKfm" sosial şəbəkəsinin elementləri olan sual-cavab xidməti dekabrın 1-dən fəaliyyətini dayandıracaq.
AvroMedia.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə platformanın öz saytında elan yerləşdirilib.
Tərtibatçılar izah ediblər ki, platforma müasir istifadəçilərin ehtiyaclarına cavab vermədiyi üçün 10 ildən çox davam edən maraqlı səyahətin başa çatdığını elan etməli olublar.
Onların bəyanatına görə, yeni istifadəçilərin qeydiyyatı oktyabrın 24-də dayandırılıb və platformanın funksiyalarına dəstək tədricən dayandırılacaq.
“Şirkətin tarixi boyu komanda istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyinə böyük diqqət yetirib. Bununla əlaqədar olaraq, bütün şəxsi məlumatlar ən qısa zamanda silinəcək”, - tərtibatçılar vurğulayıblar.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu