Özünüzüsevməyin, dünyanı əmin və sevgi dolu bir yer kimi qəbul etməyi öyrənməyin ən effektiv metodu gözlərinizin dərinliyini görərək və affirmasiyaları təkrarlayaraq güzgüyə baxmaqdır. Dilimizə gətirdiyimiz və ya fikrimizdən keçirdiyimiz hər şey affirmasiyadır. Özünüzlə söhbətiniz, beyninizdə dolaşan daxili dialoqunuz -bütün bunlar affirmasiyalar axınıdır. Pozitiv affirmasiyalar özünəinam və özünəhörməti artıran, sizə ruhi dinclik və daxili sevinc bəxş edən "şəfalı" fikir və ideyalar doğurur. Ən təsirli və effektiv affirmasiyalar isə sizin güzgü qarşısında dayanaraq ucadan söylədiyiniz affirmasiyalardır. Bu zaman güzgü özünüzlə bağlı hiss etdiklərinizi əks etdirərək sizə "qaytarır" və siz harada müqavimət göstərdiyinizin, harada isə açıq, səmimi və rahat davrandığınızın dərhal fərqinə varırsınız.
Özünüzü tərifləmək, davranışlarınızı təqdir etmək, yaxud çətin anlarınızda özünüzə dəstək vermək üçün güzgülərdən nə qədər çox istifadə etsəniz, "öz"ünüzlə münasibətiniz tədricən dərinləşəcək və daha pozitiv olacaq.
Özünüzü tərifləmək, davranışlarınızı təqdir etmək, yaxud çətin anlarınızda özünüzə dəstək vermək üçün güzgülərdən nə qədər çox istifadə etsəniz, "öz"ünüzlə münasibətiniz tədricən dərinləşəcək və daha pozitiv olacaq.
Hər birimizin özünü daha çox sevmək qabiliyyəti var. Hər kəs yaxşı yaşamağa, sağlam olmağa, sevməyə, sevilməyə və inkişaf etməyə layiqdir. Hər birimizin içindəki balaca uşaq böyüyüb möhtəşəm bir yetkin insana çevrilməyə layiqdir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi