Vatsap tərtibatçıları söhbətlər üçün mövzuları fərdiləşdirməyə görə funksiya hazırlayır.
AvroMedia.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
İstifadəçilərə çatların və fonların rəng sxemlərini fərdiləşdirməyə imkan verəcək yenilik vatsapın iOS üçün Beta versiyasında 12.24.10.77 nömrəsi altında müşahidə edilib. Beləliklə, siz gələn və gedən mesajların rənglərini dəyişə, həmçinin söhbət üçün fərdi fon seçə bilərsiniz.
Bundan əlavə, vatsap istifadəçiləri əvvəlcədən quraşdırılmış 10 mövzu arasından seçim edə biləcəklər.
“WABetaInfo” komandası qeyd edir ki, yeni funksiya proqramdan istifadə təcrübəsini əhəmiyyətli dərəcədə təkmilləşdirəcək, çünki bu, müxtəlif çatlar arasında fərq qoymağı asanlaşdıracaq. Beləliklə, istifadəçilər şəxsi, iş və qrup söhbətlərini vizual olaraq ayıra biləcəklər.
Funksiyanın Android və iPhone-da stabil quruluşlarda nə vaxt işləyəcəyi açıqlanmır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi