Aparıcı Elgiz Əkbər pandemiya dövründəki çətin anlarından danışıb.
AvroMedia.az xəbər verir ki, aparıcı xəstə olduğu zaman müğənni Elnar Xəlilovun ona 5 manatlıq kontur göndərdiyini bildirib:
"Pandemiya vaxtı koronavirusa yoluxmuşdum, xəstə vəziyyətdə yatırdım. Hər dəqiqə ölənləri aparırdılar. Onlara baxıb, depressiyaya düşürdüm. Bir də gördüm ki, müğənni Elnar Xəlilov zəng edir. Mənə dedi ki, "İndi sənə kontur göndərəcəyəm". Bir az keçdi və mesaj yazdı ki, "Tələsmirsən? Çıxan kimi göndərəcəyəm". Dedim ki, göndərsən də sağ ol, göndərməsən də. Bir az keçdi və 5 manatlıq kontur gəldi. Mən o 5 manatı 50 min kimi qəbul etdim. Çünki, yaxşısı odur ki, var. Amma pisi odur ki, yoxdur. Mənim yerimə başqası olsaydı, əsəbiləşərdi ki, 5 manatlıq kontur nədir? Hər bir halda xəstə olan insana vacib olan diqqətdir".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi