Paytaxt Bakıdakı tıxaclar, yanacağı bahalılığı və digər amillər sürücülərin ənənəvi avtomobil markalarından imtinasını şərtləndirir. İndi hər kəs kiçik şəhər avtomobillərinə üstünlük verir. Bu isə ölkədəki populyar avtomobil markalarının siyahısındakı dəyişikliyə səbəb olmaqdadır.
Maraqlıdır, hazırda Azərbaycanda ən populyar avtomobil markaları hansılardır?
AvroMedia.az xəbər verir ki , “Elektrik və hibrid avtomobillərə xüsusi güzəştlər olduğundan həmin nəqliyyat vasitəsinə maraq daha böyükdür. Onlar həm ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir, həm də ekonomdur. Elektrik avtomobili gömrük rüsumundan azaddır. Onların park faizinin ilkin ödənişi digərlərindən fərqli olaraq 50 faiz yox, 10%-dir”.
Nəqliyyat eksperti Aslan Əsədov hesab edir ki, ölkədə daha çox Avropa və Cənubi Asiya istehsalı olan avtomobillərə üstünlük verilir:
“Hazırda daha ekonom avtomobillərə üstünlük verilir. Eləcə də öz iqtisadi səmərələliyinə görə tanınan Avropa və Cənubi Asiya istehsalı olan maşınlara maraq artıb. Marka adı çəkmək istəmirəm, amma bu nəqliyyat vasitələrinə üstünlük verilməsinin səbəbi ehtiyat hissələrinin, xidmət və servislərinin əlçatan olmasıdır. Bu nəqliyyat vasitələri həmçinin şəxsi istifadə üçün daha ekonom və sürətlidir”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi