Avropa İttifaqı ölkələrində xidmətlər və istehlak mallarının qiymətlərində əhəmiyyətli fərqlər var.
AvroMedia.az Eurostatın 2023-cü ilə dair hesabatına istinadən xəbər verir ki, Aİ-də Danimarka ən yüksək qiymət səviyyəsinə malik ölkədir (Avropa üzrə orta göstəricinin 143faizi). Ondan sonra İrlandiya (142 faiz) və Lüksemburq (135 faiz) gəlir.
Aİ-də yaşamaq üçün ən ucuz ölkələr Bolqarıstan və Rumıniya (60 faiz) və Polşadır (66 faiz). Ötən il İrlandiyada alkoqol və tütün məmulatları Bolqarıstandan 3,2 dəfə baha olub. Eurostat qeyd edir ki, bu, ilk növbədə, bu malların vergiyə cəlb edilməsində fərqlə bağlıdır.
Əhəmiyyətli fərq otel və restoranların qiymətində qeyd olunur: onlar ən bahalı Danimarkada (Avropa orta göstəricisinin 152 faizi), ən ucuzu Bolqarıstandadır (52 faiz).
Ən ucuz geyimlər İspaniya (81 faiz) və Bolqarıstanda (82 faiz), ən bahalıları isə Danimarka və Çexiyadadır (müvafiq olaraq 131 faiz və 126 faiz). Musavat.com

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi