Əməkdar artist Yusif Mustafayev "Həmin Zaur" verilişində qonaq olub.
AvroMedia.az xəbər verir ki, proqram zamanı sənətçi aparıcı Zaur Kamalın "Doğrudur ki, Cəlilabaddakı məscidin tikintisi üçün insanlardan 30 min almısınız və qalan məbləği özünüz qoymusunuz" sualına belə cavab verib:
"O məsid var idi, dağılmışdı. İnsanlarla imza topladıq, qurumlara müraciət etdik. Onlar da, insanlar da yardım etdilər. Bu söhbətə görə 5 ay efirə çıxmayacaqdım. Pul məsələsini burada açmaq düzgün deyil. Kim nə istəyirsə, danışsın. Kim nə veribsə, Allah yolunda edib. Milətimiz yaxşıdır, amma aramızda olan naqislər mərdi qova-qova namərd edirlər. Amma 100 il sonra deyəcəklər ki, belə bir insan olub, Allah ona rəhmət eləsin.
Uzaqdan baxan elə bilir ki, "Kamaz"larla pulum var. Tövbə, yoxumdur. Allah ruzimi verir. Oturduğum yerdə toya gedirəm. Əziyyətlə Bakıda şadlıq evi tikdirmişdim. Orada qohumlar işləyirdi. Ərindən boşanan, həbsdən çıxan gəldi ki, yardım elə. Ona görə satdım. Şadlıq evinin adı var idi, bina görünürdü, içində heç nə yox idi. İnan ki, üzümün tükü yoxa çıxmışdı, kosa qalmışdım. Mənə 100 şər atırlar. Qurban olum Azərbaycan dövlətinə. Hamının nə işlə məşğul olduğunu yaxşı bilirlər".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi