Rusiya paytaxtında “pul yağışı”: İnsanların üzərinə milyonlar “yağdı” -VİDEO
Tarix: 9-04-2024, 09:47
Baxılıb: 3 759
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya paytaxtında “pul yağışı”: İnsanların üzərinə milyonlar “yağdı” -VİDEO

9-04-2024, 09:47

Rusiyanın paytaxtı Moskvada yerləşən gecə klubunda insan izdihamının üzərinə “yağış” şəklində milyonlarla rubl pul səpələnib.
Bu barədə “SHOT” “Telegram” kanalında videogörüntülər paylaşılıb.
“SHOT”un hesablamalarına görə, rusiyalı bloqer Mellstroy (Andrey Burim) Moskvanın mərkəzindəki klubda təxminən 7 milyon rublu (129 min manata yaxın) səpələyib. Əvvəlcə qonaqların başına “pul yağıb”, şənliyin sonunda isə bloqer bütün stolların pulunu ödəyib.
“Telegram” kanalın daha əvvəl yaydığı məlumatda bildirilib ki, Mellstroy Moskvaya gələndən sonra bir neçə dəbdəbəli avtomobil alıb. O, Moskvanın mərkəzindəki dayanacaqda “BMW M5 Competition”, “Lamborghini Huracan”, “Bentley Mulsanne”, “Ferrari” və “Hummer” avtomobillərinə baxış keçirib. Bloqerin sözlərinə görə, bütün bu avtomobillər ona 170-180 milyon rubla (3 milyon manatdan çox) başa gəlib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ