Azərbaycanda TikTok bağlanılır?
Tarix: 15-03-2024, 20:57
Baxılıb: 2 926
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda TikTok bağlanılır?

15-03-2024, 20:57

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.

Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən narazılıqlar var.
ABŞ-də sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb olub.
Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.
ETX-dən bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı dövlət səviyyəsində hələlik heç bir qərar qəbul edilməyib.
Qeyd edək ki, ABŞ-də sözügedən təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkəti ilə əlaqələrini kəsməkdir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ