ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.
Konqresin aşağı palatasının 352 üzvü qanun layihəsinin lehinə, 65 konqresmen isə əleyhinə çıxış edib.
Layihəyə əsasən, sosial şəbəkəni satmaq üçün Çinin “ByteDance” şirkətinə altı ay vaxt verilməsi təklif edilir, əks halda “TikTok” ABŞ-də qadağan ediləcək.
Bildirilib ki, gələcəkdə hər hansı “düşmən tərəfindən idarə olunan tətbiqlər” üçün eyni məhdudlaşdırıcı tədbirlərin tətbiqi mümkündür.
Hazırda layihə baxılması üçün ABŞ Senatına göndərilib. Senat layihəni təsdiqləyərsə, Prezident Co Bayden onu imzalayacaq

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur