Ayfon-15 Prodan narazıların sayı artır - Səbəb nədir?
Tarix: 2-02-2024, 13:40
Baxılıb: 3 454
Google+ Paylaş
Tumblr Paylaş

Ayfon-15 Prodan narazıların sayı artır - Səbəb nədir?

2-02-2024, 13:40

Ayfon-15 Prodan razı olan istifadəçilərin sayı getdikcə azalır.

Bu barədə “PerfectRec”in Ayfon-15 Pro ilə bağlı dərc etdiyi məlumatlarda bildirilib.
Qeyd olunub ki, Ayfon-15 Pro istifadəçilərinin məmnunluq səviyyəsi Ayfon-13 Pro və 14 Proya nisbətən aşağıdır. Amma Ayfon-15 və 15 Plusdan razı olanların sayı çoxalır.
Hesabat Quqlda istifadəçilər tərəfindən yazılan 700 min rəy əsasında hazırlanıb.
“PerfectRec” 5/5 ulduz reytinqi alan Ayfon-15 Pronun faizini ölçüb. Hər iki modelin satışı sentyabrdan aşağı düşməyə başlayıb. Halbuki sentyabrda satışa çıxarılandan sonra istifadəçilərin 73.5 faizi ona 5/5 ulduz vermişdilər. İndi isə bu faiz 66.1-ə düşüb. Ayfon-15 Proda isə bu göstərici 77 faizdən 72.5 faizə enib. Bunlarla müqayisədə Ayfon 15-in reytinqi 68.2-dən 78.1 faizə, 15 Plusun isə 70 faizdən 73.5 faizə qədər qalxıb.
Hesabatda Ayfon-15 Prodan olan narazılıqların siyahısı da yer alıb.
Batareyanın ömrünün az olması, Ayfon-14 Pro ilə müqayisədə daha az təkmilləşdirmələr, fiziki dizayn və çıxıntılı kamera linzalarından narazılıqlar ilk sıralarda yer alıb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ