Təəssüf ki, hazırda cəmiyyəti narahat edən əsas problemlərdən biri də nikahların pozulmasıdır.
Bu sözləri açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli deyib.
“Adətən boşanmalara cütlüklər arasında xasiyyət uyğunsuzluğu, anlaşılmazlıq, zorakılıq halları, sağlamlıq problemləri, ziyanlı vərdişlərə meyillilik, kənar müdaxilə, xəyanət və qısqanclıq faktları səbəb olur. Cütlüklər nikahın pozulmasına qərar verərkən düşünməlidirlər ki, xüsusilə ailədə uşaq varsa, bu onlara daha böyük psixoloji problemlər yaşadır”, - o bildirib.
Mütəxəssis vurğulayıb ki, münaqişələr üçün demək olar ki, yaş meyarı yoxdur:
“Sağlam ailə modeli istiqamətində doğru təsəvvürlərin yaranmasında mətbuatın rolu danılmazdır. Bu səbəbdən ailə institutunun bütövlüklə inkişafı üçün nəinki dövlət qurumlarının, eyini zamanda, vətəndaş cəmiyyətinin hər bir üzvünün iştirakı zəruridir. Bu prosesdə milli dəyərlərin qorunub saxlanılması, cəmiyyət arasında sağlam düşüncənin formalaşdırılması da mühümdür”

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...