Sirkəli suyun əşyarlara zərəri nədir?
Tarix: 20-12-2023, 09:51
Baxılıb: 1 849
Google+ Paylaş
Tumblr Paylaş

Sirkəli suyun əşyarlara zərəri nədir?

20-12-2023, 09:51

Sağlam qida olan sirkə həm də güclü təmizləyici məhsuldur və bir çox inadkar ləkələri asanlıqla təmizləyir. Ev təmizliyində təbii üsullardan faydalanmaq istəyənlər tez-tez bu məhsuldan istifadə edirlər. Ancaq bəzi məişət əşyaları var ki, onların üzərində sirkə istifadə etmək geri dönüşü olmayan zərər vurur.

Bunların arasında ilk yerdə qranit və mərmər səthlər gəlir. Onlar təbii daşlardır və yüksək turşu tərkibli məhsullar daşların təbii quruluşunu korlayır. Mətbəxdəki səthlər soda kimi daha sadə məhsullarla təmizlənə bilər.

Ütü də sirkə ilə təmizlənməməsi lazım olan əşyalar arasındadır, çünki onların metal hissəsinin paslanmasına səbəb olur.
Bundan başqa parket döşəmələr sirkənin xarab edə biləcəyi yerlər siyahısındadır. Tərkibindəki ammiak səbəbindən sirkə parket döşəmələrində kimyəvi proseslərə səbəb olur, bu da zamanla parketin aşınmasına və konstruksiyasının pozulmasına səbəb olur.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ