Həyatımızın hər sahəsində görünməyə başlayan süni intellekt texnologiyasının yaratdığı model Aitana Lopez sosial şəbəkələrdə sürətlə populyarlaşmağa davam edir.
O, real insan olmasa da, artıq kifayət qədər izləyici toplaya bilib.
İspaniyada fəaliyyət göstərən bir agentlik real modellər və influenserlərlə işləmək əvəzinə süni intellektdən istifadə edərək öz sosial media fenomenlərini yaradır. Aitana Lopez adlı 25 yaşlı virtual influenser soial mediada güclü və qətiyyətli qadın kimi təsvir edilir. Bloqunda idmana getdiyi, fitneslə məşğul olması haqda paylaşımlar edir və sağlam qidalanmanın təbliği ilə məşğul olmağa çalışır.
Virtual influenserin 6 ayda 227 min izləyiciyi yığdığı və ayda 11 min dollar qazandığı üzə çıxıb. Aitananı yaradan agentliyin qurucusu Ruben Kruz isə bildirib ki, real modellər və influenserlərlə işləməkdən bezib və daha onların eqo və kaprizlərinə dözmək istəmədiyi üçün Aitananı dizayn etməyə qərar veriblər

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu