100 kiloluq bu it hərkəsi heyrətləndirdi
Tarix: 31-10-2023, 08:23
Baxılıb: 1 063
Google+ Paylaş
Tumblr Paylaş

100 kiloluq bu it hərkəsi heyrətləndirdi

31-10-2023, 08:23

Rusiyada küçələrdən birində tapılan 100 kiloqramlıq sahibsiz it könüllüləri təəccübləndirib.

Bu barədə “VKontakte” sosial şəbəkəsində “Şəfqət NN” Nijni Novqorodun heyvanlara yardım xeyriyyə fondunun əməkdaşları məlumat veriblər.

Fondun əməkdaşları tərəzi üzərində uzanmış kök itin fotolarını sosial şəbəkələrdə yayımlayıb, onun müalicəsi və pəhriz qidası üçün ianə aksiyası elan ediblər. "Krugets" adı verilən heyvan uzun müddətdir piylənmədən əziyyət çəkir. Artıqçəkili it oynaq ağrıları yaşayır.

Köpək artıq dietoloq tərəfindən müayinə olunub, qan analizləri götürülüb və daha bir neçə araşdırmanın aparılması planlaşdırılır. Eyni zamanda, Krugets aparata uyğun olmadığı üçün könüllülər onu rentgen müayinəsindən keçirə bilmirlər. Müayinədən keçə bilmək üçün it ən azı iki dəfə çəki itirməlidir - 50 kiloqrama qədər.

Şərhlərdə sahibinin olmadığını nəzərə alan insanlar itin necə bu qədər kökəlməsi ilə maraqlanır. Bəziləri bazarda işləyən mərhəmətli satıcıların onu bəslədiyini ehtimal edirlər

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ