Tarix: 16-08-2023, 08:31
Baxılıb: 1 042
Məşhur film daha bir ölkədə qadağan edildi
16-08-2023, 08:31
Bu ilin ikinci ən çox gəlir əldə edən filmi halına gələn və bütün dünyada gündəmdən düşməyən “Barbie” filminə qadağa qoyan ölkələrin sayı artmaqdadır.
Film iyulun 21-də nümayiş olunduqdan sonra bütün dünyada 1 milyard dollardan çox gəlir əldə edib.
İlk olaraq Vyetnam filmi qadağan edib. Daha sonra film Livan və Küveytdən sonra Əlcəzairdə də qadağan edilib.
Barbie filmi Əlcəzairdə yayımlandıqdan sonra üç həftə sonra "homoseksuallığı təbliğ etdiyi" və "dini və mədəni inanclara uyğun gəlmədiyi" səbəbiylə ekrandan silinib.
Əlcəzair mətbuatında çıxan xəbərlərdə filmin nümayiş olunduğu günlərdə biletlərin tükəndiyi qeyd edilib
скачать dle 12.1