Evliliklərdə münasibətləri soyudan səbəb: Anhedoniya
Tarix: 23-06-2023, 18:03
Baxılıb: 1 486
Google+ Paylaş
Tumblr Paylaş

Evliliklərdə münasibətləri soyudan səbəb: Anhedoniya

23-06-2023, 18:03

Mütəxəssislər sosial anhedoniya kimi tanınan psixoloji pozulmanın evliliklərdəki məmnunluq səviyyəsini aşağı saldığını bildirirlər.

Motivasiya, həzz gözləməsi və marağın azalması ilə özünü göstərən sosial anhedoniya zamanla həyat yoldaşları arasında da uyğunsuzluğa və dağıdıcı ünsiyyətə səbəb olur.

Çox vaxt insanların sosial varlıq olduğu vurğulanır. Ancaq bəzi insanlar sosial əlaqələrə daha az maraq göstərirlər. Bəzi şərhlərə görə, bu insanların "mənsub olmaq ehtiyacları" daha azdır. Bu vəziyyət sosial anhedoniya ilə əlaqələndirilir. Ancaq anhedoniya introvert olmaq və ya sosial narahatlıq keçirməklə eyni deyil. Sosial anhedoniyası olan insanlar sosial qarşılıqlı əlaqədə olmaqdan çəkinirlər, çünki onlara bu maraqlı gəlmir.

Əslində iki növ anhedoniya var. Fiziki və sosial anhedoniya.

Birincisi, insanın başqa bir insanın fiziki toxunuşundan və ya yeməyin dadı kimi hisslərdən həzz ala bilməməsi ilə özünü göstərir. İkincisi isə fərdlərin başqa insanlarla ünsiyyətdən qaçması və zövq almaması ilə nəticələnir.

Anhedoniyanın hər iki növü depressiya simptomları və ya şizofreniya kimi digər psixi əlamətlərlə baş verə bilər. Bəzi dərmanların yan təsiri kimi də görünə bilər.

Lakin sosial anhedoniyaya insanlarda daha çox rast gəlinir.

Onun simptomları sosial çəkilmə, münasibətlərdən qaçmaq, emosional reaksiyaların azalması, depressiya, uyğunlaşmaqda çətinlikdir.

Bu həm də evliliklərə və cütlüklərin münasibətinə ciddi təsir edir.

Daha çox sosial anhedoniyası olan insanlar evlilikdən və uzunmüddətli münasibətlərdən qorxurlar.

Sinqapurlu tədqiqatçılar bununla bağlı apardıqları araşdırma nəticələrini açıqlanıb. Tədqiqatda 100 yeni evlənən cütlüyün münasibətləri təhlil edilib. Cütlüklər anhedoniya səviyyələrini, münasibətlərindəki münaqişə səviyyəsini və evlilik məmnuniyyətini qiymətləndirmək üçün sorğularda iştirak ediblər. Nəticələr göstərib ki, sosial anhedoniyanın hökm sürdüyü münasibətlərdə "tələb-çəkilmə" adlı ünsiyyət növü üstünlük təşkil edir.

Bu əlamətdar ünsiyyət modelində cütlüklərdən biri yaranan problemi müzakirə etməyə çalışır, digəri isə müzakirədən qaçır və ya onu bitirir.

“Journal of Personality” akademik jurnalında dərc olunan tədqiqatın müəllifləri sosial anhedoniyanın romantik münasibətlərə və evliliklərə mənfi təsirləri olduğunu qeyd ediblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ