Qısqanclığa qalib gəlməyin 5 YOLU
Tarix: 14-04-2023, 12:39
Baxılıb: 1 544
Google+ Paylaş
Tumblr Paylaş

Qısqanclığa qalib gəlməyin 5 YOLU

14-04-2023, 12:39

Qısqanclıq hissi keçirən insanların diqqət etməli olduğu şey əlaqələri qorumaq və davam etdirməkdir. Sadiqlik təhdidlə deyil, sevgi ilə təmin edilməlidir. Cütlüklər arasında sevgi bağı nə qədər güclü olarsa, bir o qədər münasibət sağlam olar.

Əksər insanlar sevginin sadəcə "hiss" olduğunu düşünür, sevgi isə emosiyadan kənar "varlıq" formasıdır. Sevgi qarşılıqlı diqqət, qəbuletmə, qiymətləndirmə, şəfqət və azadlıq üzərində qurula bilər. Patoloji qısqanclıq sevgi münasibətində hər iki tərəfə zərbə vurur.

Kişi və qadınların qısqanclıq hissi ilə mübarizə üsullarında fərqliliklər var. Qadınlar, ümumiyyətlə, öz hüquq və istəklərindən imtina edən, əhəmiyyətini itirən bir yanaşma nümayiş etdirərkən; Kişilər çox vaxt hədələmək və ya kobud güc tətbiq etməklə nəticə əldə etməyə çalışırlar.

Qısqanclıqla mübarizə üçün bir neçə addımı sınaya bilərsiniz.

Qısqanclığınızla üzləşin:
Bu yorğunluq hissini idarə etməyin ilk yolu qısqanclığınızın fərqində olmaqdır. Bunun həqiqətən münasibətlərinizi təhdid edən bir vəziyyət olub olmadığını öyrənin. Əgər konkret səbəbiniz və ya sübutunuz varsa, vaxt itirmədən sevgilinizlə danışın. Konkret bir səbəb yoxdursa, qısqanclığınızın sevdiyiniz birini itirmək qorxusundan qaynaqlanan yersiz və mənasız bir duyğu olduğunu düşünə bilərsiniz.

Hisslərinizi aydınlaşdırın:
Qısqanclığınız hər dəfə ortaya çıxanda sorğulayın. Sizdə qısqanclıq hissi yaradan şeyləri müəyyən etməyə çalışın. Qısqanclıq üzündən qəzəb və ya qorxu hiss etdiyiniz zaman özünüzdən soruşun: “İndi məni belə hiss etdirən nədir?” Sual verin və səbəbləri müəyyənləşdirin. Misal üçün; Bu sualın cavabı özünüzdə və ya partnyorunuzda güvənsizlik, özünüzü bəyənməmək, partnyorunuzun cazibədar və ya ekstravert, sosial insan olub-olmaması, həmin gün evə gec gəlmək və ya zəng etdiyiniz zaman mobil telefonu götürməmək və s. ola bilər. Bu qərarları verərkən özünüzü aldatmayın, dürüst olun və bütün hisslərinizi açıq şəkildə ifadə edin. Qısqanclığınızın səbəblərini dərhal müəyyən etdikdən sonra, mənfi emosiyalar keçməmiş onları idarə edərək konstruktiv addımlar ata bilərsiniz.

Empati qurun:
Qısqanclığınızın və bunun nəticəsində ortaya çıxan davranışınızın partnyorunuza təsirlərinə daha yaxından baxın və özünüzü onun yerinə qoyun. Nə etdiyinizi, hara getdiyinizi və hər zaman izlənilmək barədə daim sorğu-sual olunmağın nə qədər sinir pozucu, yorucu və boğucu olduğunu dərk edin.

Qısqanclığı qızışdırmayın:
Çox vaxt qısqanclıq reaksiyalarının əsasında yanlış və əsassız inanclar dayanır. Misal üçün; “O, məni tərk edib başqasının yanına gedəcək. O, daha məni sevmir. Başqa biri var”. və s. Özünüzü sakitləşdirin ki, bu cür fikirlər şişirdilmiş və əsassızdır. Unutmayın ki, düşüncələrinizi dəyişmədən davranışınızı dəyişə bilməzsiniz. Mənfi düşüncələrinizi müsbətə çevirə bildiyiniz müddətcə qısqanclıq hissini idarə edə bilərsiniz.

Üzr istəmək:
Özünüzü idarə edə bilmədiyiniz və qısqanclıq vəziyyətinə düşdüyünüz zaman partnyorunuzdan üzr istəyin. Bunun üçün çox təsirli nitq söyləməyə ehtiyac yoxdur. Misal üçün; “Etdiklərimə görə çox peşmanam. Hərdən qısqanclıq edirəm, üzr istəyirəm” deyin. Beləliklə, həm özünüzə, həm də ona tərəfdaşınızı yalnız öz hisslərinizə və düşüncələrinizə görə cəzalandırmaq istəmədiyinizi söyləyirsiniz.

Bütün bunları etdikdən sonra hələ də qısqanclıq kabusu ilə mübarizə aparırsınızsa, mütləq bir psixoterapevtdən peşəkar dəstək alın.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ