Regional təhsil idarəsində kütləvi ixtisar...
Tarix: 9-01-2025, 21:07
Baxılıb: 3 129
Google+ Paylaş
Tumblr Paylaş

Regional təhsil idarəsində kütləvi ixtisar...

9-01-2025, 21:07

Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaşı işdən çıxarılıb.
AvroMedia.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb qurumda fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.
Bildirilib ki, metodiki kabinetin bağlanmasına görə Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının hər birindən metodist, kargüzarlar olmaqla 3 əməkdaş işdən çıxarılıb.
Qeyd olunub ki, çıxarılan şəxslərin yerinə başqa rayonlardan şəxslər gətirilib. Kollec məzunu olanları isə fəhlə, texniki işçi adı ilə işdə saxlayıblar.
***
2025-ci ildən etibarən regional təhsil idarəsinin strukturunda müvafiq dəyişiklik edilib.
Bu barədə Oxu.Az-a Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq, metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib.
"Eyni zamanda, metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib. Ümumilikdə 48 əməkdaşın 46-nın işlə təminatı prosesi artıq həyata keçirilib",- deyə məlumatda qeyd olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ