Tarixə qızıl hərflərlə adlarını yazdıran qardaşlar
Tarix: 18-10-2024, 21:10
Baxılıb: 3 027
Google+ Paylaş
Tumblr Paylaş

Tarixə qızıl hərflərlə adlarını yazdıran qardaşlar

18-10-2024, 21:10

44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Nazir və Tacir Allahverdiyev qardaşları tarixi qələbə qazanmağımızda böyük şücaət göstərmişdilər. 
Ailənin son beşikləri olan əkiz qardaşlar 2001-ci il aprelin 20-də Ağdamın Çullu kəndində anadan olublar. Bir-birindən ayrılmaz olan qardaşlar məktəbə birgə gediblər. Uşaqlıqdan vətənpərvər ruhda böyüyən qardaşlar hərbi xidmətə də birgə yollanıblar. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda onların tərxis olunmalarına cəmi 3 gün qalmışdı. Mahir topçu olan Tacir və Nazir Allahverdiyevlər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşublar. Döyüşlərdə bir yerdə iştirak edən qardaşlar düşmənə sarsıdıcı zərbələr endirdilər. Füzuli-Cəbrayıl-Zəngilan uğrunda gedən döyüşlərdə qardaşlar böyük şücaət göstərdilər. 24 oktyabr 2024-cü il tarixində Tacir və Nazir Allahverdiyevlər Vətən müharibəsi zamanı  döyüş tapşırıqlarını yerinə yetirən zaman Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Eyni gündə dünyaya gələn qardaşlar eyni ərazidə də şəhidlik məqamına yüksəldilər. Şəhid qardaşlar Allahverdiyev Nazir və Allahverdiyev Tacir "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif ediliblər. Heç vaxt bir-birindən ayrılmayan qardaşlar şəhidlik məqamına da birgə ucaldılar. Subay olan qardaşlar 20 yaşlarında Vətən uğrunda canlarından keçərək ölkəmizə tarixi qələbə qazandırdılar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ