Bu yollarda nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILIR
Tarix: 30-08-2024, 22:16
Baxılıb: 3 069
Google+ Paylaş
Tumblr Paylaş

Bu yollarda nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILIR

30-08-2024, 22:16

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq səbəbindən avqustun 31-i saat 08:00-dan etibarən axşam saatlarınadək Xəqani küçəsi Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq.
GunAz.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev Neftçilər prospekti kəsişməsinə qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il sentyabrın 13-15 -də keçiriləcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ