Qarabağdakı bərpa işlərini səbəb kimi göstərməklə sosial xərcləri azaltmaq qəbuledilməzdir. Əksinə, sosial xərcləri artırmaq, pensiyaçılara, yoxsul insanlara kömək etmək lazımdır.
Bu sözlər ƏHD sədri, millət vəkili Qüdrət Həsənquliyevin parlamentdə çıxış üçün hazırladığı, ancaq söz verilmədiyi üçün edə bilmədiyi çıxış mətnində əksini tapıb.
Millət vəkili mediaya təqdim etdiyi çıxış mətnində bildirir:
“Diqqət yetirin, 2023-cü ildə pensiyaçıların sayı 86.300 nəfər, 2024-cü ildə daha 18.200 nəfər azalıb. Xarici ticarət dövriyyəsi keçən illə müqayisədə 23.8%, mal ixracı 36.1% azalıb, idxal isə 3.1% artıb. ABŞ dollarına təlabat 2 dəfə artıb. Manatın 2 dəfədən artıq dəyər itirdiyi devalvasiydan sonra Prezidentin 2016-cı ildə imzaladığı iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsinə görə 2017-ci ildə üzən məzənnəyə keçilməli, 2018-ci ilə qədər böyük ölçüdə özəlləşdirməyə gedilməli idi. Amma neftin qiyməti bir az qalxan kimi təəssüf ki, hər şey yaddan çıxdı, bu istiqamətdə real addımlar atılmadı. Xaricdən Azərbaycana göndərilən pulun həcmi də keçən illə müqayisədə 30.9%, yəni 207 milyon manat azalıb. Bu aztəminatlı əhalinin sosial vəziyyətinə mənfi təsir edən ən ciddi faktorlardan biridir. Belə bir vəziyyətdə hökumət də sosial xərcləri 150 milyon manat azaldır. Azərbaycanda əhalinin 11%, Rusiyada 30%-i pensiya alır. Belarusda əhalinin sayı bizdən az olsa da, pensiya alanların sayı bizdən iki dəfə çoxdur. Ölkədə evlənənlərin, doğulan uşaqların sayı ciddi şəkildə azalır, boşananların sayı isə xeyli artır. Bu da xeyli dərəcədə həm də sosial vəziyyətin ağırlaşdığının göstəricisidir. Əlillər, ehtiyatda olan zabitlər mənzil növbəsində gözləməməlidirlər. Hesablarına vəsait köçürülməlidir ki, özləri uyğun bildikləri yerdə ev alsınlar”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi