Hərbçilərə yeni mənzillər verilib
Tarix: 16-03-2024, 10:46
Baxılıb: 2 704
Google+ Paylaş
Tumblr Paylaş

Hərbçilərə yeni mənzillər verilib

16-03-2024, 10:46

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrdə qüsursuz xidmət etmiş hərbi qulluqçulara yeni mənzillər təqdim edilib.

Təqdimatda Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri polkovnik Elçin Əliyev, Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov və digər vəzifəli şəxslər iştirak ediblər.
"Hərbi qulluqçulara dövlət hesabına daimi mənzillər verilir. Ötən il hərbçilərə 473 mənzil verilib. Həmin mənzillər püşkatma yolu ilə hərbi qulluqçuların arasında bölünüb. Bu il tam sənədləşdirilərək Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı ərəfəsində həmin mənzillərin açarları təqdim olunur.
Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyətinin adından dövlətimizin başçına minnətdarlığımızı bildiririk. Onun qayğısını həmişə hiss edirik", - polkovnik Elçin Əliyev deyib.
Qeyd edək ki, mərasimdə 160-dan çox şəxsə mənzillərin sənədləri təqdim olunub.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ