Bakı və İrəvan arasında yeni müharibə olacaq?
Tarix: 13-03-2024, 09:42
Baxılıb: 2 532
Google+ Paylaş
Tumblr Paylaş

Bakı və İrəvan arasında yeni müharibə olacaq?

13-03-2024, 09:42

ABŞ kəşfiyyatının “İllik təhdidlərin qiymətləndirilməsi” hesabatında Azərbaycan və Ermənistan arasında yeni müharibənin ola biləcəyi proqnozlaşdırılır.

Hesabatda Bakı-İrəvan münasibətlərinin gərgin olaraq qalacağı qeyd olunur.

“Lakin hərbi qarşıdurmanın müddəti və intensivliyi məhdud olacaq. İkitərəfli sülh sazişi yoxdur, tərəflərin silahlı qüvvələri bir-birinə yaxındır və atəşkəs rejiminin həyata keçirilməsi mexanizmi mövcud deyil”, - hesabatda bildirilir.

ABŞ kəşfiyyatı Azərbaycanı mümkün hərbi qarşıdurmanın mənbəyi kimi göstərməyə çalışır. Qeyd olunur ki, Azərbaycan Ermənistanla danışıqlarda öz məqsədinə çatmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazırdır.

“Azərbaycanı Naxçıvana birləşdirən quru dəhliz tələbi də silahlı toqquşma riskini artırır”, - ABŞ kəşfiyyatı bildirir.

Hərbi risklərin mənbəyi kimi Azərbaycanın göstərilməsi Qərbdə Bakıya qarşı kampaniya xarakteri daşıyan yanlış mövqeyin davamıdır. Xüsusilə erməni lobbisi və Ermənistanı dəstəkləyən ölkələr məqsədyönlü şəkildə Azərbaycanın Ermənistana “hücum edəcəyi” rəyini yaratmağa çalışır.
Görünür, ABŞ kəşfiyyatı da ya bu yanlış rəyə istinad edir, ya da ümumi kampaniyanın aparılmasında iştirakçıdır. Əks təqdirdə, hesabatda Ermənistanın sürətlə silahlandığı və sülh danışıqlarından müxtəlif vasitələrlə yayındığı da qeyd olunardı.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ