Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Nazirlikdən bildirilib ki, aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da acı nəticələrə gətirib çıxarır.
Belə ki, ötən çərşənbə mərasimləri zamanı 3 nəfər uşağın bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alması faktları qeydə alınıb.
Göstərilənlərlə bağlı FHN bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb