Vətən müharibəsi iştirakçısı vəfat etdi
Tarix: 2-03-2024, 17:30
Baxılıb: 2 924
Google+ Paylaş
Tumblr Paylaş

Vətən müharibəsi iştirakçısı vəfat etdi

2-03-2024, 17:30

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib.

Dəniz Nəqliyyatı Donanmasının “Dədə Qorqud” tankerinin motorçusu Vüsal Güloğlan oğlu Məlikov vəfat edib.
Qeyd edək ki, Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub. O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb. Ömrünün sonunadək də müxtəlif gəmilərdə motorçu kimi çalışıb.
Vüsal Məlikov Vətən müharibəsində iştirak edib. O, haqq savaşımız başlayanda iş başında olsa da, döyüşlərə qatılmaq üçün gəmini öz istəyi ilə vaxtından əvvəl tərk edib. 30 il düşmən tapdağında qalan torpaqlarımızın azad olunması uğrunda rəşadətlə döyüşən Vüsal Prezident İlham Əliyevin Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalına layiq görülüb.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ