Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının kənd və qəsəbələri üzrə mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və səmərəsiz marşrutların ləğv olunması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə AYNA-dan məlumat verilib.
Həyata keçirilən təhlil və monitorinq zamanı Fatmayı bağlarını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 134 nömrəli marşrut xətti üzrə köhnə və istismar vəziyyəti qənaətbəxş olmayan nəqliyyat vasitələrinin nizamsız fəaliyyəti müşahidə edilib. Bu marşrutun həmin ərazidə nağdsız qaydada fəaliyyət göstərən 108A və 592 nömrəli marşrutların hərəkət sxemlərini təkrarlamasını da nəzərə alaraq martın 1-dən 134 nömrəli avtobusların istismarı dayandırılır.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası