Azərbaycanda vəhşi heyvanlar peyvəndləndi
Tarix: 13-02-2024, 16:51
Baxılıb: 2 931
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda vəhşi heyvanlar peyvəndləndi

13-02-2024, 16:51

Azərbaycanda helikopter vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Peyvəndləməni AQTA Kənd Təsərrüfatı Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə keçirir.
Bu gün başlayan peyvəndləmə helikopterlə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilir. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, kəndətrafı meşə zolaqlarına quduzluq xəstəliyi əleyhinə peyvənd vasitəsi olan “Rabadrop” oral suspenziyası səpələnir.
Ümumilikdə fevralın 15-də yekunlaşdırılması planlaşdırılan peyvəndləmə çərçivəsində helikopter vasitəsilə meşə zolaqlarına 496 kilometr məsafədə 13 min ədəd aldadıcı yemin səpilməsi nəzərdə tutulub. Normaya əsasən, meşə zolaqlarında hər 1 kvadrat kilometr əraziyə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Bundan başqa, qeyd edilən ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlərin ətrafında müəyyən olunmuş yerlərə əllə 50 min doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur.
Bu ayın sonunadək Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində də kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə helikopterlə peyvəndləmənin həyata keçirilməsi nəzərdə tutulub.
Agentlik əhalidən səpələnmiş aldadıcı yem briketlərinə toxunmamağı xahiş edir. Aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev heyvanı və ya vəhşi heyvan bir neçə yem payını yesə belə, bu, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub-saxlanılmasını təmin edir.
Qeyd edək ki, son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxduğu müəyyən edilib. Həmçinin, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ