Əsgərimizə atəş açan snayperin aqibəti necə oldu?
Tarix: 13-02-2024, 16:17
Baxılıb: 3 925
Google+ Paylaş
Tumblr Paylaş

Əsgərimizə atəş açan snayperin aqibəti necə oldu?

13-02-2024, 16:17

Ermənistanın özü də qisas əməliyyatı nəticəsində öldürülənlərin “Yerkrap”ın üzvləri olduğunu etiraf edib. Biz də birmənalı şəkildə məhv edilən silahlıların terrorçu olduğunu deyə bilərik. Bu, Ermənistan ordusunun bərbad vəziyyətini və hətta strateji yerlərdə belə keçmişi qaranlıq olan hərbçilərin, yaxud terrorçuların fəaliyyət göstərdiyini təsdiqləyir.

Bu sözləri DSX-nin həyata keçirdiyi qisas əməliyyatı nəticəsində məhv edilən dörd erməni hərbçisi haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.
Polkovnik Azərbaycana qarşı törədiləcək təxribatların Ermənistana baha başa gələcəyini vurğulayıb:
“Məndə olan məlumata görə, bizim əsgərimizə atəş açan yaramaz da artıq gəbərdilib. Yəqin ki, yaxın saatlarda son vəziyyət haqqında detallı məlumat veriləcək. Təxribatı törədənlər yaşlarına və davranışlarına görə hərbçiyə bənzəmirlər. Çünki DSX-nin təqdim videodan göründüyü kimi, həmin postda komandirə tabeçilik yoxdur və silahlılar heç bir qaydaya məhəl qoymadan başıpozuq şəkildə rahat hərəkət edirlər. Üzə çıxan faktlar baş verən təxribatın Ermənistan hakimiyyətinin iradəsindən kənar həyata keçirildiyi ehtimalını gücləndirir. Ancaq istənilən halda bölgədə sülhə əngəl olmaq üçün təxribat törədənlər Azərbaycanın qisas əməliyyatı nəticəsində nə ilə üzləşəcəklərini bir daha əyani şəkildə gördülər”.
Qeyd edək ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəs pozaraq, əsgərimizi yaralayan terrorçulara qarşı qisas əməliyyatı keçirilib. Nəticədə 4 erməni əsgər məhv edilib, yaralılar var.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ