Sabahdan Bakıda Zığ qəsəbəsi-“Neftçilər” metrostansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini “8-ci km bazarı” ilə əlaqələndirən 214 nömrəli şəhərətrafı müntəzəm marşrut xətlərində nağdsız ödəniş tətbiq ediləcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
“AYNA sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işləri davam etdirir”, - məlumatda qeyd olunub.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası