Əqli Mülkiyyət Agentliyi məlumat bazası rolunu oynayan reyestrlərdə ixtira, faydalı model və sənaye nümunələrinə verilən patentlər haqqında məlumatların bir yerə toplanması üçün "Açıq reyestrlər" informasiya resursunu tətbiq edəcək.
Agentlikdən verilən məlumata görə, bununla hər kəs həmin bazada reyestrə maneəsiz və ödənişsiz daxil olmaq imkanı əldə edəcək, qüvvədə olan və olmayan patentlər haqqında o cümlədən, digər lazım olan məlumatlarla tanış olacaqlar.
Patent alanlar, xüsusilə də patent almaq istəyənlər üçün “Açıq reyestr” daha əlverişli informasiya bazası olacaq. Çünki hər bir patent almaq istəyən şəxs onun ixtirasına uyğun milli ixtiranın olub-olmaması barədə məlumatı əvvəlcədən əldə edə biləcək.
Bundan başqa, informasiya mənbəyinin köməyi ilə qeydiyyata alınmış ixtiralar, faydalı modellər və sənaye nümunələri barədə məlumat axtarışını aparmaq, patentlərin statusunu öyrənmək, patent müəllifləri və sahibləri haqqında və digər zəruri məlumatları əldə etmək imkanı qazanacaq.
Eyni zamanda reyestrlərdə olan məlumatlar Azərbaycan dili ilə yanaşı, həm də rus dilində olacaq.
Bundan başqa, əmtəə nişanları üçün də “Açıq reyestr” tezliklə fəaliyyətə başlayacaq

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu