Qonşusu bu uşağın müdafiəsinə qalxdı
Tarix: 30-01-2024, 13:15
Baxılıb: 2 934
Google+ Paylaş
Tumblr Paylaş

Qonşusu bu uşağın müdafiəsinə qalxdı

30-01-2024, 13:15

Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək  “TikTok”da paylaşan yeniyetmənin xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik.

Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilən yeniyetmənin hərəkətləri sosial şəbəkələrdə pislənilir. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdinin məşhur ailədən - Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəlilovun nəvəsi olması isə olayla bağlı müzakirələri bir qədər də qızışdırıb.
Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb.
Babasının ad-soyadını daşıyan 15 yaşlı Afiyəddin Cəlilovun qonşusu - Zərifə Mahmudova adlı qadın yeniyetmənin “TikTok”un qurbanı olduğunu qeyd edib:
“Neçə gündür, rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, “TikTok”un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!” - deyə yeniyetmənin qonşusu sosial şəbəkələrdəki müzakirələrə etiraz edib
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ