Hadisə necə baş verdi?- Şahidlər danışdı
Tarix: 18-01-2024, 08:17
Baxılıb: 1 928
Google+ Paylaş
Tumblr Paylaş

Hadisə necə baş verdi?- Şahidlər danışdı

18-01-2024, 08:17

Ötən gün yanğının baş verdiyi Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında 11 məcburi köçkün ailəsi məskunlaşıb.

Bu barədə Report-a sakin və hadisənin şahidi Sakit Hüseynov bildirib.
O qeyd edib ki, dünən axşam saat 22 radələrində binada işıqlar sönüb. Bir neçə dəqiqə sonra partlayış səsi eşidiilib. Bundan sonra yanğın başlayıb.
S.Hüseynov bununla bağlı müvafiq qurumlara məlumat verib. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, polis əməkdaşları əraziyə cəlb edilib.
Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 1 radələrində söndürülüb. Hadisə zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.
Qeyd edək ki, binada Qubadlıdan məcburi köçkün düşmüş 7 ailə, Laçın və Cəbrayıldan 4 ailə (hər rayondan 2 ailə) məskunlaşıb
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ