İşğaldan azad edilmiş ərazilərdə kimlər səs verə bilərək?
Tarix: 13-01-2024, 08:35
Baxılıb: 3 936
Google+ Paylaş
Tumblr Paylaş

İşğaldan azad edilmiş ərazilərdə kimlər səs verə bilərək?

13-01-2024, 08:35

İşğaldan azad olunmuş ərazilər hələ də tam olaraq minalardan təmizlənməyib. Aidiyyəti qurumlar gecə-gündüz bu əraziləri minalaradan təmizləmək üçün çalışır. Buna görə də burada çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Hər bir halda əgər seçki keçirilirsə, demək ki, ora müşahidəçilər və jurnalistlər də gedə biləcəklər.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli deyib.
Ş.Əsədli bildirib ki, Azərbaycanda 6319 seçki məntəqəsindən 26-sı işğaldan azad olunan ərazilərimizdədir:
“İşğaldan azad olunmuş ərazilərə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Bu ərazilərdə hər kəs səs verə bilər və heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün səsvermə hüququ olan şəxs qeydiyyatda olduğu (14 yanvardan 4 fevraladək) Məntəqə Seçki Komissiyasına (MnSK) müraciət edərək qeydiyyatdançıxma vəsiqəsi almalıdır. Və bu vəsiqə ilə həmin şəxs nəinki Bakı, Şəki, Gəncə, Şuşa, Ağdam, Xankəndidə, 37 xarici ölkədəki 49 məntəqəmizdə də səs verə bilər”, - Ş.Əsədli vurğulayıb
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ