Bakının bu rayonunda qaz olmayacaq
Tarix: 9-01-2024, 09:39
Baxılıb: 1 489
Google+ Paylaş
Tumblr Paylaş

Bakının bu rayonunda qaz olmayacaq

9-01-2024, 09:39

Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.

Bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.
"Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Sərdarov zavodu” orta təzyiqli qaz xəttindən 09.01.2024-cü il saat 09:30-dan qaz təchizatının dayandırılması planlaşdırılıb.
Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I, II, III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ