Bu gün Milli Məclisin iclasında “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Azərbaycan terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında məlumatların mübadiləsi üçün sutkada 24 saat, həftədə 7 gün ərzində fəaliyyət göstərən əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizliyi Xidmətini təyin edir.
Bu Əlavə Protokolun müddəaları nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu