Son 5 il ərzində həyata keçirilən çoxmiqyaslı və çoxşaxəli sosial islahat proqramları çərçivəsində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.
Nazir bildirib ki, qeyd edilən dövrdə orta əməkhaqqı 80 %-dək, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 2,7 dəfə artıb.
"Azərbaycan dövlətinin siyasətində məşğulluq ana xəttdir. Məşğulluq təmin edilmədən ölkə iqtisadiyyatı inkişaf edə, əhalinin rifahı təmin oluna bilməz. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlara, müxtəlif tədbirlərə, qəbul edilən proqramlara nəzər saldıqda bütün tədbirlərin əhalinin rifahına, onun həyat şəraitinin daha da yaxşılaşdırılmasına, o cümlədən məşğulluğun genişləndirilməsinə yönəlib", - deyə S. Babayev qeyd edib

Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...