Güclü küləyə görə qatarlar hərəkət qrafikindən çıxdı
Tarix: 28-12-2023, 09:57
Baxılıb: 3 694
Google+ Paylaş
Tumblr Paylaş

Güclü küləyə görə qatarlar hərəkət qrafikindən çıxdı

28-12-2023, 09:57

Güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr qatarların hərəkət qrafikindən çıxmasına səbəb olub.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Məlumata əsasən, bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə, əsasən Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatarların qrafikində qismən kənaraçıxma halları qeydə alınmaqdadır.
Eyni zamanda, güclü küləyin əsməsi ilə əlaqədar sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması baxımından bəzi sahələrdə qatarların sürət həddinin endirilməsi ilə bağlı maşinistlərə təlimat verilib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ