Azərbaycan bu ölkədəki səfirini geri çağıra bilər - Deputat
Tarix: 27-12-2023, 16:09
Baxılıb: 2 601
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan bu ölkədəki səfirini geri çağıra bilər - Deputat

27-12-2023, 16:09

Fransa Makronun bu rəzalətini dayandırmalı və Azərbaycan xalqından üzr istəməlidir. Makron hakimiyyəti dövründə Azərbaycan xalqına qarşı bu qədər haqzıslıq, ədalətsizlik, utancverici qərarlar və addımlara yol verilib.

Bu sözləri açıqlamasında millət vəkili Azay Quliyev Fransa casus şəbəkəsinin ifşası və Fransa səfirliyinin iki diplomatının ölkədən çıxarılması haqda danışarkən deyib.
“Fransa bununla da birdəfəlik körpüləri yandırmış oldu. Fransanın etdikləri cavabsız qalmayıb və qalmayacaq. Azərbaycan Fransaya bununla bağlı sərt xəbərdarlıq edib, parlamentlərarası əlaqələr dayandırılıb. Fransa ilə əksər məsələlər dondurulmuş vəziyyətdədir. Hadisələr bu istiqamətdə davam edərsə, daha sərt, hətta səfirlərin məsləhətləşmək üçün geri çağırılması dərəcəsində addımların atılması istisna olunmur”, - Azay Quliyev bildirib.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ