Sabah 3 rayonda qaz olmayacaq
Tarix: 25-12-2023, 14:41
Baxılıb: 2 000
Google+ Paylaş
Tumblr Paylaş

Sabah 3 rayonda qaz olmayacaq

25-12-2023, 14:41

“Ağdam-Hindarx-Ağcabədi” avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Ağdam-Hindarx-Ağcabədi” avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Bərdə-Ağcabədi” yüksək təzyiqli magistral qaz kəmərinin yenidən qurulmuş yol keçidində yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 26.12.2023-cü il saat 08:00-dan etibarən işlər başa çatanadək “Ağcabədi” QPS-dən və 26.12.2023-cü il saat 09:00-dan etibarən isə işlər başa çatanadək “Beyləqan”, “Allahyarlı”, “Əhmədbəyli”, “Horadiz” QPS-lərdən, “AZAQROTAXIL” MMC və “Füzuli-Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Təmir işləri aparılan müddətdə Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - qurumdan qeyd edilib.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ