Azərbaycanda vəzifəli şəxsə qolbaq taxıldı
Tarix: 22-12-2023, 18:46
Baxılıb: 1 929
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda vəzifəli şəxsə qolbaq taxıldı

22-12-2023, 18:46

Şirvan şəhərində dələduzluqda ittiham edilərək bu ilin avqust ayında həbs edilmiş keçmiş məmur azadlığa buraxılıb.

Şirvan şəhər bələdiyyəsində “Bələdiyyə gəlirləri” şöbəsində vergi müfəttişi vəzifəsində işləmiş 1967-ci il təvəllüdlü Vidadi Məmmədovun torpaq satmaq adı ilə vətəndaşı aldadaraq 5500 manat alması üzə çıxıb. Bildirilib ki, o, dələduzluq əməlini vəzifədə işlədiyi vaxt törədib.
Fakta görə Cinayət Məcəlləsinin 178-ci, yəni dələduzluq maddəsi ilə cinayət işi açılıb və bu ilin 25 avqust tarixində o, həbs edilib.
Bu həftə isə Şirvan şəhər Məhkəməsində yekun hökm elan edilib. Məhkəmənin hökmü ilə Vidadi Məmmədovun 3 ay 24 gün müddətində həbsdə saxlanılması, dəymiş zərəri ödəməsi nəzərə alınaraq o, 1 il 4 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə elektron qolbaq yerləşdirilib
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ