Bu gün Bakının Binəqədi rayonunun bəzi küçələrində qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, Çənlibel Qaz Tənzimləmə Məntəqəsindən (QTM) qidalanan 7-ci və 8-ci mikrorayonları təbii qazla təmin edən yeraltı qaz xəttinin korroziyaya uğraması səbəbindən əvəzlənməsi və mövcud şəbəkəyə qoşulması ilə əlaqədar adıçəkilən QTM-dən dekabrın 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri görülən müddətdə Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsinin və S.S.Axundov küçəsinin bir hissəsinin, həmçinin İ.Hacıyev, Koroğlu, F.Rüstəmov, İ.Dadaşov, N.Nərimanov, Ş.Məmmədova küçələrinin isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu