Vətən müharibəsi qazisi vəfat etdi
Tarix: 18-12-2023, 13:19
Baxılıb: 1 498
Google+ Paylaş
Tumblr Paylaş

Vətən müharibəsi qazisi vəfat etdi

18-12-2023, 13:19

Vətən müharibəsi qazisi Orxan Quliyev vəfat edib.

24 yaşlı qazi axşam saatlarında dünyasını dəyişib.
O, bu gün torpağa tapşırılacaq.
Qeyd edək ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib.
O, Ağdamda gedən döyüşlər zamanı ayağından qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat olunub, amma sağalaraq 14 gündən sonra təkrar döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbilə yatağa məhkum olub.
O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu ilin aprelin 18-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Milli Onkologiya Mərkəzinə göndəriş əsasında əməliyyat olunub və ayağı amputasiya edilib.
Allah rəhmət eləsin!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ