Dekabrın 17-si səhər saatlarından başlayaraq Şimal bölgəsində müşahidə olunan qarlı-şaxtalı hava səbəbindən yollarda avtomobillərin hərəkəti çətinləşib.
Hazırda Quba-Qusar yolunun bəzi hissələri və Qubadan dağ kəndlərinə gedən bəzi yollar buz bağlayıb. Nəqliyyat vasitələri xüsusilə Qusar rayonundan Quba istiqamətinə çıxışdakı yoxuşlarda çətinliklə üzləşirlər. Yollarda qalan avtomobillər var.
Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları əraziyə cəlb olunub. Yolun hərəkət hissəsi qardan təmizlənərək qum-duz qarışığı səpilir. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Qusar yolundan istifadə etməsi tövsiyə olunmur.
Hazırda Qusarın rayon mərkəzində 3-4 sm, Qubada isə 2 sm-ə qədər qar var. Səhər saatlarından başlayan qar hazırda yağmağa davam edir

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb