Azərbaycanlılar İsveçdə çadır quracaq
Tarix: 16-12-2023, 08:00
Baxılıb: 2 048
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanlılar İsveçdə çadır quracaq

16-12-2023, 08:00

İsveçin Höteborq şəhərində çadırlarımızı quracağıq. Polisə icazə üçün müraciət etmişik. Şəhərin ən görkəmli yerində - Drottningtorgetdə toplaşıb, tədbirimizi keçirtmək fikrindəyik.
Bu sözləri Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.
O bildirib ki, çadırların qurulmasında məqsəd Güneyin problemlərinə avropalıların diqqətini cəlb etməkdir:
“Bu gün - dekabrın 16-da quracağımız “Azadlıq, Ədalət və Milli Hökumət” adlı çadırımıza hər kəs dəvətlidir. Biz burada Urmu gölü, 21 Azər Dövlətçilik Günü, 26 Azər güneylilərin soyqırımı ilə bağlı bilgi paylaşmaq, məlumat vermək istəyirik. Bu hadisələri əks etdirən şəkillər və müxtəlif video-görüntülər təqdim edəcəyik. Ümumiyyətlə, son zamanlar haqsız yerə tutulan Güney azərbaycanlı məhbuslar haqqında da danışacağıq. Bu haqda mən, Əmir Mərdani, Səfərəlibəy Quluzadə, Hüseynbəy Yəhyayi isveç, türk və ingilis dillərində danışaraq, tədbir iştirakçılarına bilgi verəcəyik. Musiqilərimiz səslənəcək. Avropa vaxtı ilə saat 12-dən başlaması planlaşdırılan tədbirimiz beş saat davam edəcək. Tədbiri keçirəcəyimiz şəhər İsveçin ikinci böyük şəhəridir və buradan çoxlu dəmiryol vağzalı var. Şəhərin bu hissəsində daim izdiham olur. Bizim qurduğumuz çadırı isə hava şəraiti də münasib olarsa, buradan keçən insanlar görə biləcək və səsimizi eşidəcəklər”.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ